Əsas Səhifə > Fotoqalareya > Ronaldo millilərin mundialdan erkən ayrılmasından danışdı
Ronaldo millilərin mundialdan erkən ayrılmasından danışdı7-07-2018, 16:42 |
Brazliya millisi ilə ikiqat dünya çempionu olan Ronaldo komandanın DÇ-2018-dəki çıxışını dayandırmasına münasibət bildirib. “Globe Esporte”in yaydığı xəbərə görə, veteran hücumçu yığmanın yaxşı oynamasına baxmayaraq, nəticə qazana bilməməsinə təəccübləndiyini deyib: “Braziliya millisi son dünya çempionatındakı rüsvayçılıqdan (Braziliya - Almaniya finalı - 1:7) qaça bildi. Ancaq biz həmişə komandadan daha artığını gözləyirik. Araşdırmaq lazımdır ki, niyə yaxşı oynasaq da, pis nəticə qazanırıq”. Ronaldo komandanın baş məşqçisi Titenin vəzifəsində qalmalı olduğunu qeyd edib: “O, fenomenal məşqçidir. Komandada inanılmaz işlər görüb”. Geri qayıt |