Futbol üzrə dünya çempionatında rekord sayda qol vurulub
Futbol üzrə dünya çempionatında rekord sayda qol vurulub.
BrendSport.az xəbər verir ki, Qətərdə keçirilmiş yarışda vurulan qolların sayı 172-yə çatıb. Bundan əvvəl – 1998-ci və 2014-cü illərdə keçirilmiş mundialın hər birində qapılara 171 dəfə qol vurulub.
Xatırladaq ki, finalda Argentina yığması Fransanı məğlubiyyətə uğradaraq dünya çempionu olub.
Facebook-da paylaş