Futbol üzrə İsveçrə yığması 67 illik həsrətə son qoyub
BrendSport.az xəbər verir ki, komanda buna “Avro-2020”nin səkkizdəbir final mərhələsində Fransa yığmasını mübarizədən kənarlaşdırmaqla nail olub.
İsveçrə yığması uzun müddət idi irimiqyaslı turnirlərdə ən güclü 8 komanda arasında yer ala bilmirdi. Komanda sonuncu dəfə 1954-cü ildə İsveçrədə təşkil olunan dünya çempionatının dörddəbir final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.
Qeyd edək ki, Fransa-İsveçrə oyununun əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penalti seriyasını dəqiq yerinə yetirən İsveçrə millisi (5:4) Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib.
Facebook-da paylaş