İtaliya millisi Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib
BrendSport.az xəbər verir ki, iyunun 26-da Londondakı "Uembli" stadionunda İtaliya və Avstriya yığma komandaları üz-üzə gəliblər.
Matçın əsas vaxtında qapılara top vurulmayıb. Qalibi müəyyənləşdirmək üçün oyuna əlavə vaxt təyin olunub. Əlavə hissədə rəqibini 2:1 hesabı ilə məğlub edən İtaliya millisi "Avro-2020"nin dörddəbir final mərhələsinə adlayıb.
İtaliya millisinin heyətində Federiko Çiesa, Matteo Pissina, rəqib komandadan isə Saşa Kalajdziç fərqlənib.
İtaliya millisi dörddəbir finalda Belçika - Portuqaliya qarşılaşmasının qalibi ilə görüşəcək.
Facebook-da paylaş