Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıya gələn rumıniyalı: "Azərbaycanda qalmaq beynimə düşmüşdü"



"Azərbaycanda yoxsulluq hökm sürürdü. Şəhərdə bir müddət gəzdim, çoxlu silahlı polis gördüm. Xatırlayıram ki, oteldə çox isti idi".

BrendSport.az xəbər verir ki, bu fikirləri Rumıniyanın "Arceş" klubunun sabiq futbolçusu Marian Jilavyanu 1998-ci ildə "Dinamo"ya (Bakı) qarşı keçirdikləri UEFA Kubokunun I təsnifat mərhələsinin cavab oyunu barədə "Digisport"a müsahibəsində deyib.

Həmin vaxt "Arceş" Piteştidə 5:1, Bakıdakı görüşdə isə 2:0 hesablı qələbə qazanıb. 48 yaşlı keçmiş hücumçu həmin vaxt evə qayıtmaq əvəzinə Azərbaycanda qalmaq istədiyini söyləyib:

"Bu fikir beynimə düşmüşdü. Daha bir təcrübəni sınaqdan keçirmək niyyətində idim. Düşünürdüm ki, "Dinamo" da oynamaq üçün qalım, amma bu, ani impuls idi.

Yerli azarkeşlər və jurnalistlər məni Meksika yığmasının keçmiş futbolçusu Luis Ernandeslə müqayisə etmişdilər. Onlarla şəkil çəkdirdim.

Bax beləcə beynimə düşdü ki, orada qalım. Amma artıq mənə Rumıniyada Luis Ernandes adı vermişdilər".


Facebook-da paylaş

Xəbəri paylaş