Türkiyə millisinin yoxlama oyunu ləğv olundu
Türkiyə millisinin Şimali İrlandiya yığması ilə yoldaşlıq oyunu ləğv olunub.
BrendSport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Şenol Günəş məlumat verib. O bildirib ki, koronavirusun Türkiyədə geniş yayılması səbəbindən Şimali İrlandiya qardaş ölkəyə getmək istəməyib.
Sözügedən görüş mayın 31-də keçirilməli idi.
Qeyd edək ki, Türkiyə millisi mayın 27-də Alanyadakı "Oba" stadionunda Azərbaycanla yoxlama oyununa çıxacaq. Daha sonra "ay-ulduzlular"ın ikinci yoxlama matçındakı rəqibi bəlli olacaq.
Facebook-da paylaş