Əsas Səhifə > Dünya idmanı > Türkiyə millisinin yoxlama oyunu ləğv olundu

Türkiyə millisinin yoxlama oyunu ləğv olundu


15-05-2021, 16:45


Türkiyə millisinin Şimali İrlandiya yığması ilə yoldaşlıq oyunu ləğv olunub.

BrendSport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Şenol Günəş məlumat verib. O bildirib ki, koronavirusun Türkiyədə geniş yayılması səbəbindən Şimali İrlandiya qardaş ölkəyə getmək istəməyib.

Sözügedən görüş mayın 31-də keçirilməli idi.

Qeyd edək ki, Türkiyə millisi mayın 27-də Alanyadakı "Oba" stadionunda Azərbaycanla yoxlama oyununa çıxacaq. Daha sonra "ay-ulduzlular"ın ikinci yoxlama matçındakı rəqibi bəlli olacaq.
Geri qayıt