Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Buffon "Yuventus"dan ayrılır - Açıqlama



"Yuventus"un qapıçısı Canluici Buffon bu mövsüm sonunda Turin klubundan ayrılacağını açıqlayıb.

BrendSport.az xəbər verir ki, bu barədə o, "Bein Sports"a bildirib: “Bu mövsümün sonunda "Yuventus"dan ayrılmağa qərar verdim. Müqaviləm uzadılmayacaq. "Yuventusdakı gözəl və çox uzun bir dövr nəhayət bu il başa çatır. Düşünürəm ki, klub üçün hər şeyimi verdim, amma daha çoxunu qazandım.

Ya karyeramı başa vuracağam, ya da başqa komanda tapacağam".


Xatırladaq ki, Buffon 2001-ci ilin iyulunda "Parma"dan 52,8 milyon avroya "Yuventus"a keçib. 43 yaşlı qolkiper 17 ildən sonra PSJ-yə agent kimi keçib, lakin sonrakı mövsüm, 2019-cu ildə Turin təmsilçisinə qayıdıb. Ümumilikdə, Buffon "Yuventus"un heyətində 683 oyuna çıxıb.


Facebook-da paylaş

Xəbəri paylaş