Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Buffon millini gözüyaşlı tərk etdi - Video



"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya millisindəki karyerasını başa vurub.

"Football İtalia"nın yaydığı xəbərə görə, bu barədə 39 yaşlı qolkiper DÇ-2018-in pley-off mərhələsində İsveçlə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

Göz yaşlarına hakim ola bilməyən C.Buffon bildirib: "Əlbəttə, İtaliya futbolunun gələcəyi va.Bizdə qətiyyət və bacarıq var. Həmişə yenidən ayağa qalxmağın yolunu tapa bilirik. Mən millini tərk edirəm və yerimi gənclərə buraxıram. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, C.Buffon 1997-ci ildən əsas millidə çıxış edib. O, indiyə kimi 175 oyunda qapını qoruyub.



Facebook-da paylaş

Xəbəri paylaş