Prezident meydançaya girdi, penaltini ləğv etdirdi
Küveyt liqasının "Əl-Salmiyə" - "Əl-Qüdsiyyə" matçında 0:0 qalmaqal baş verib.
BrendSport.az xəbər verir ki, oyunun 101-ci dəqiqəsində hakim ev sahiblərinin qapısına penalti təyin edib.
"Əl-Salmiyə"nin prezidenti Talal Əl-Fərhad Əl-Sabah isə bu qərara əsəbiləşib. O, tribunadan aşağı enərək, meydançaya daxil olub.
Prezident stadionun işıqlarını da söndürdüb. Bundan sonra görüşün VAR hakimi penalti epizodunu yenidən izləyib və qərarı dəyişdirib. Nəticədə penalti ləğv olunub.
Facebook-da paylaş