Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA hakimlə bağlı araşdırmaya başlayır - Rəsmi+Yenilənib



Azərbaycan Premyer Liqasının 24-cü turunda ötən gün keçirilən qalmaqallı “Sabah” – “Neftçi” oyununun baş hakimi Vüqar Həsənli cəzalandırıla bilər. Hazırda bununla bağlı araşdırma aparılır.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev BrendSport.az-a açıqlamasında məlumatı təsdiqləyib. Vüqar Həsənli və köməkçilərinin işi təhlil olunduqdan sonra bununla bağlı qərar veriləcək.


***

Məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidməti sosial şəbəkələri vasitəsi ilə açıqlama yayıb. Açıqlamada deyiir: "Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində aprelin 25-də keçirilmiş “Sabah” – “Neftçi” oyununun hakim-inspektoru tərəfindən təqdim olunacaq hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) qarşılaşmanın hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar AFFA-nın Hakimlər Komitəsi tərəfindən müvafiq araşdırma aparılacaq".


Xatırladaq ki, 2:2 hesabı ilə başa çatan görüşdə baş hakim “Sabah”ın 3 futbolçusuna qırmızı vərəqə göstərib. “Sabah”ın qapısına mübahisəli penalti təyin edən Vüqar Həsənli görüşün sonlarına yaxın qonaqların qolunu saymayıb. Oyundan sonra hər iki komanda hakim idarəçiliyindən narazı qaldığını açıqlayıb.


Facebook-da paylaş

Xəbəri paylaş