Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldo: "Axşam yeməyindən əvvəl pivə, şərab içirdik"



Braziliyalı məşhur sabiq futbolçu Ronaldo "Real"da oynadığı vaxtları xatırlayıb.

BrendSport.az xəbər verir ki, 44 yaşlı keçmiş hücumçu “Movistar”a açıqlamasında həmin vaxtlarda keçirdiyi gecə həyatının karyerasına təsir etmədiyini deyib:

"Sıx-sıx çoxlu qonaqlıqlara qatılırdım. Ona görə də tənqid edilirdim. Ancaq bu, düzgün bir şey deyildi. Həmin qonaqlıqlar mənim karyerama qətiyyən təsir etmirdi. Əyləndiyim gecələr adətən qələbələrimi qeyd etmək üçün idi. "Real" və Madrid tapa biləcəyiniz ən yaxşı klub və şəhər kombinasiyası idi. Təşkil etdiyim qonaqlıqlara qatılmayanlar onların necə möhtəşəm olduğunu xəyal belə edə bilməzlər. Gənc vaxtlarında ancaq bu cür şeylərə köklənə bilirsən.

Matçlardan əvvəl otelə çatanda çantalarımızı yerləşdirirdik və axşam yeməyindən əvvəl pivə, şərab içirdik. Həmişə masada 2 şüşə şərab olurdu. Vanderlei Lulsemburqo baş məşqçi təyin olunanda belə şeylərə qadağa qoydu. Amma o, bir müddət sonra uğursuzluğuna görə istefaya göndərildi".

Qeyd edək ki, Ronaldo 2002-2007-ci illərdə “Real”da oynayıb.


Facebook-da paylaş

Xəbəri paylaş