Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldonun "Real"ı tərk etməsinin əsl səbəbi

Ronaldonun "Real"ı tərk etməsinin əsl səbəbi

Kriştiano Ronaldo "Real"dan ayrılmasının səbəbini açıqlayıb. Portuqaliyalı ulduz bu barədə "France Football"a açıqlamasında danışıb:

"Son vaxtlar hiss edirdim ki, klubda mənə qarşı münasibət dəyişib. Xüsusilə də prezident Florentino Peres məni əvvəlki kimi qəbul etmirdi. İlk 4-5 ildə özümü Kriştiano Ronaldo kimi hiss edirdim. Daha sonra isə klub prezidenti mənə elə gözlə baxırdı ki, sanki bu komanda üçün vacib biri deyiləm. Məhz bu amil məni getmək barədə düşünməyə vadar etdi. Deyirdilər ki, guya mən özüm "Real”dan ayrılmaq üçün nəsə xahiş etmişəm. Bu da var idi, amma əslində Peresin məni komandada saxlamayacağına dair təəssürat yarandığı üçün bu addımı atdım. Hər şey pulla əlaqəli olsaydı, "Real” və "Yuventus”dakından 5 dəfə çox qazana biləcəyim Çinə gedərdim".

Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində 105 milyon avro qarşılığında "Real”dan "Yuventus”a transfer olunub.


Facebook-da paylaş

Xəbəri paylaş