"Real" Ronaldonu buraxmaq istəmir - Ancaq başqa iddia var
"Real" rəhbərliyi Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırlaşır.
"Football İtalia" xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı portuqaliyalı hücumçuya illik 30 milyon avro təklif edəcək.
Ronaldonun Madrid təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var. Son günlər onun "Yuventus"a transfer olunacağı ilə bağlı xəbərlər yayılır. Lakin "Real" ulduzunu buraxmaq niyyətində deyil.
Qeyd edək ki, Ronaldo 2009-cu ildən "Real"da çıxış edir.
Ancaq İtaliya mətbuatının məlumatına görə, “qoca sinyora”nın sabiq baş direktoru Luçiano Mocci iddia edir ki, “Real”ın superulduzu artıq “Yuventus”la anlaşıb.
O bildirib ki, portuqaliyalı hücumçu Turin təmsilçisi ilə artıq hərtərəfli anlaşıb və hətta müqavilə bağlayıb: “Kriştianu Ronaldo Münhendə “Yuventus” üçün tibbi müayinədən keçib. Tərəflər arasında müqavilə də imzalanılıb”.
“Marca” isə “Real”ın prezidenti Florentino Peresin bu gün Ronaldonun meneceri Xorxe Mendeslə görüşəcəyini yazıb. 34 yaşlı oyunçunun keçidinin “kral klubu”na 100 milyon avro qazandırması gözlənilir.
Facebook-da paylaş