Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Milyardlarınızla buradakı qaydaları dəyişə bilməzsiniz" - Çeferin



UEFA-nın prezidenti Aleksander Çeferin növbəti dəfə Avropa Superliqasını yaradan klublar barədə danışıb.

BrendSport.az “Daily Mail”ə istinadən xəbər verir ki, rəhbər şəxs sözügedən klubların cəzalandırıla biləcəyini vurğulayıb:

“Tarixi pulunuzla almağa çalışmaq məntiqli bir fikir deyildi. Hər kəs etdiklərinin nəticəsini görəcək. Heç nə olmamış kimi davrana bilmərik. İstintaq haqqında danışma istəmirəm. Amma ayrılmaq qərarını alanlar bunun məsuliyyətini daşımalıdırlar. Milyardlarınızla buradakı qayda-qanunu dəyişdirə bilməzsiniz”.

Qeyd edək ki, Avropa Superliqasını aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”,“Çelsi”, “Real Madrid", “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar. Sonradan 10 klub turniri tərk edib. Avropa Superliqası isə fəaliyyətini dayandırıb


Facebook-da paylaş

Xəbəri paylaş