Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA-da şok istefa



"Yuventus"un prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü vəzifəsindən istefa verib.

BrendSport.az xəbər verir ki, bu haqda "La Gazetta dello Sport" qəzeti məlumat yayıb. Qəzet klubun bu məlumatı təsdiqlədiyini də yazıb.

Qeyd edilib ki, "Yuventus" yeni yaradılacağı gözlənilən Avropa Super Liqasına qatılacaq. Anyellinin Liqanın prezidenti Florentino Peresin müavini (vitse-prezident) olacağı iddia edilir.

Əlavə edək ki, UEFA-nın tanımadığı bu yarışda İngiltərə, İtaliya və İspaniyadan ümumilikdə 12 klub iştiraka razılıq verib. Bunlar "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "İnter", "Yuventus", "Milan" (hamısı İtaliya), "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem"dir (hamısı İngiltərə).


Facebook-da paylaş

Xəbəri paylaş