FIFA-dan yeni turnirlə bağlı açıqlama
FIFA Avropa Super Liqasının yaradılmasına qarşıdır.
BrendSport.az xəbər verir ki, ali futbol qurumunun bəyanatında bu barədə məlumat yayılıb.
"Biz futbolun beynəlxalq strukturlardan çıxamasını istəmirik. FIFA-nın da yaradılış məqsədi budur. FIFA Avropadan qopanlara dəstək verməyəcək. Bu turnir beynəlxalq futbol birliyinin kənarında olacaq. Bu yarış prinsiplərimizə hörmətsizlikdir".
Avropanın 12 klubu - “Real”, “Barselona”, “Atletiko”, “İnter”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem” Super Liqaya qoşulduğunu bəyan edib.
Facebook-da paylaş