Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yokohamada keçiriləcək Dünya Estafet Yarışlarının proqramına iki növ əlavə olunub




Beynəlxalq Atletika Federasiyası Yaponiyanın Yokohama şəhərində keçiriləcək Dünya Estafet Yarışlarının proqramına iki növ əlavə edib.

BrendSport.az Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, bu il atletlər qarışıq estafet (2x2x400m) və qarışıq sədlərlə estafet yarışlarında da güclərini sınayacaqlar.

Mayın 11-12-də keçiriləcək estafet yarışlarında kişilər, qadınlar və cütlüklər 3 növdə mübarizə aparacaqlar.

Qarışıq sədlərlə estafet Dünya Estafet proqramında tamamilə yeni növdür.

Qarışıq estafet Yokohama yarışında 800 metr məsafəyə estafet qaçışını əvəzləyəcək. Buna səbəb əvvəlki yarışlarında bu növə daha az marağın olmasıdır.


Facebook-da paylaş

Xəbəri paylaş