Əsas Səhifə > Dünya idmanı > Yokohamada keçiriləcək Dünya Estafet Yarışlarının proqramına iki növ əlavə olunub

Yokohamada keçiriləcək Dünya Estafet Yarışlarının proqramına iki növ əlavə olunub


21-01-2019, 11:43



Beynəlxalq Atletika Federasiyası Yaponiyanın Yokohama şəhərində keçiriləcək Dünya Estafet Yarışlarının proqramına iki növ əlavə edib.

BrendSport.az Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, bu il atletlər qarışıq estafet (2x2x400m) və qarışıq sədlərlə estafet yarışlarında da güclərini sınayacaqlar.

Mayın 11-12-də keçiriləcək estafet yarışlarında kişilər, qadınlar və cütlüklər 3 növdə mübarizə aparacaqlar.

Qarışıq sədlərlə estafet Dünya Estafet proqramında tamamilə yeni növdür.

Qarışıq estafet Yokohama yarışında 800 metr məsafəyə estafet qaçışını əvəzləyəcək. Buna səbəb əvvəlki yarışlarında bu növə daha az marağın olmasıdır.
Geri qayıt