Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qırğızıstanda keçiriləcək üçüncü Dünya Köçəri Oyunlarında Azərbaycanı 39 idmançı təmsil edir



Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində üçüncü Dünya Köçəri Oyunlarının (DKO) açılışı ilə bağlı mətbuat konfransı keçirilib.

Qırğızıstan mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova bildirib ki, Oyunları dünyanın 60 ölkəsindən 500-dən artıq jurnalist işıqlandıracaq.

Gənclər, Mədəniyyət və İdman üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov isə qeyd edib ki, proqrama idmanın 37 növü üzrə yarışlar salınıb.

O deyib ki, idmançılara 594 dəst medal veriləcək. Bunun 174-ü qızıl, 173-ü gümüş, 247-si bürünc medallardır.

Xatırladırıq ki, Oyunlarda Azərbaycanı məşqçilərlə birlikdə 39 idmançı təmsil edir.

Oyunların rəsmi açılış mərasimi axşam saatlarında keçriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş