Əsas Səhifə > Dünya idmanı > Qırğızıstanda keçiriləcək üçüncü Dünya Köçəri Oyunlarında Azərbaycanı 39 idmançı təmsil edir
Qırğızıstanda keçiriləcək üçüncü Dünya Köçəri Oyunlarında Azərbaycanı 39 idmançı təmsil edir2-09-2018, 14:30 |
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində üçüncü Dünya Köçəri Oyunlarının (DKO) açılışı ilə bağlı mətbuat konfransı keçirilib. Qırğızıstan mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova bildirib ki, Oyunları dünyanın 60 ölkəsindən 500-dən artıq jurnalist işıqlandıracaq. Gənclər, Mədəniyyət və İdman üzrə Dövlət Agentliyinin direktoru Kanat Amankulov isə qeyd edib ki, proqrama idmanın 37 növü üzrə yarışlar salınıb. O deyib ki, idmançılara 594 dəst medal veriləcək. Bunun 174-ü qızıl, 173-ü gümüş, 247-si bürünc medallardır. Xatırladırıq ki, Oyunlarda Azərbaycanı məşqçilərlə birlikdə 39 idmançı təmsil edir. Oyunların rəsmi açılış mərasimi axşam saatlarında keçriləcək. Geri qayıt |