Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibi bu gün müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
BrendSport.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinəcək.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) cütü Çempionlar yolunun səpələnməmişlər səbətində yer alacaq.
Çempionlar yolu
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Srvena Zvezda” (Serbiya)
"Malmö" (İsveç) - PAOK (Yunanıstan)
"Midtullan" (Danimarka) - "Ferentsvaroş" (Macarıstan)
“Yanq Boyz” (İsveçrə)
Səpələnməmişlər
"Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)
“Qalatasaray” (Türkiyə)
"Slovan" (Slovakiya) - APOEL (Kipr)
"Yagellonya" (Polşa) - "Budyo Qlimt" (Norveç)
"Sparta" (Çexiya) - "Styaua" (Rumıniya)
Liqa yolu
Səpələnmişlər
"Dinamo" (Kiyev, Ukrayna) - “Reyncers” (Şotlandiya)
“Slaviya” (Çexiya) - “Yunion” (Belçika)
Səpələnməmişlər
“Lill” (Fransa) - "Fənərbağça" (Türkiyə)
“Zaltsburq” (Avstriya) - “Tvente” (Niderland)
Qeyd edək ki, pley-off matçları 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.
Facebook-da paylaş