Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi üçün yarış başa çatıb
Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.
BrendSport.az xəbər verir ki, ilk olaraq avarçəkənimiz Diana Dımçenko yarışa qoşulub.
C finalında mübarizə aparan təmsilçimiz fərdi yarışda 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.
Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla təsnifat mərhələsində çıxış edib. O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub. Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.
Ölkəmizi komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol millimiz üçün də turnir başa çatıb. Qrupda keçirdiyi son matçda Kanada yığmasına 19:21 hesabı ilə uduzan qızlarımız yarışı 7-ci sırada tamamlayıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Facebook-da paylaş