Əsas Səhifə > Dünya idmanı > Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi üçün yarış başa çatıb

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi üçün yarış başa çatıb


3-08-2024, 23:40


Bu gün Azərbaycanın iki idmançısı və qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.

BrendSport.az
xəbər verir ki, ilk olaraq avarçəkənimiz Diana Dımçenko yarışa qoşulub.

C finalında mübarizə aparan təmsilçimiz fərdi yarışda 2000 məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək ümumi sıralamanı 17-ci yerdə bitirib.

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəyə sərbəst üsulla təsnifat mərhələsində çıxış edib. O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub. Bütün qruplar üzrə çıxışların nəticələrinə əsasən Şeyxəlizadəxangah 35-ci yeri tutub.

Ölkəmizi komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol millimiz üçün də turnir başa çatıb. Qrupda keçirdiyi son matçda Kanada yığmasına 19:21 hesabı ilə uduzan qızlarımız yarışı 7-ci sırada tamamlayıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Geri qayıt