Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: Azərbaycan təmsilçisinin püşkatmadakı səbəti açıqlanıb



İyulun 4-də futzal üzrə UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün püşkü atılacaq.

BrendSport.az
xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində Azərbaycan çempionu “Araz-Naxçıvan”ın da rəqibləri bəlli olacaq. Naxçıvan təmsilçisi reytinq cədvəlinin 25-ci pilləsində yer aldığına görə, yeni mövsümə də ilkin mərhələdən başlayacaq.

Püşkün nəticəsinə əsasən, 32 komanda hər birində 4 klub olmaqla 8 qrupa bölünəcək. Yalnız qrup qalibləri (cəmi 8 klub) əsas mərhələyə vəsiqə qazanacaq və B yolunda mübarizə aparacaqlar.

Artıq komandalar səbətlərə bölünüblər. “Araz-Naxçıvan” püşkatmaya 5-ci səbətdən qatılacaq.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş