“Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayır
Bu gün “Araz-Naxçıvan” futzal komandası UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə başlayacaq.
BrendSport.az xəbər verir ki, son ölkə çempionu ilk oyununda Cəbəllütariqin "Europa" kollektivi ilə üz-üzə gələcək.
Latviyanın Salaspils şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Görüşü italiyalı Dario Pezzuto idarə edəcək.
Naxçıvan təmsilçisi avqustun 22-də “Kampuksen Dinamo” (Finlandiya), iki gün sonra isə “Raba” (Latviya) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.
Facebook-da paylaş