Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Araz-Naxçıvan” klubu Çempionlar Liqasında mübarizəyə ilkin mərhələdən başlayacaq



BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, UEFA iyulun 5-də ilkin mərhələdə iştirak edəcək klubların siyahısını açıqlayıb.

Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda gücünü sınayacaq. İlkin mərhələnin püşkü iyulun 7-də atılacaq. Oyunlar isə avqustun 20 - 25-də keçiriləcək.

Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq.

Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar oktyabrın 26 - 31-də təşkil olunacaq.

Ümumilikdə isə builki Çempionlar Liqasına 51 federasiyadan 55 klub qatılacaq. İlkin mərhələdə iştirak edəcək 32 komanda bunlardır: "Luxol St. Andreus Futsal" (Malta), "Veilimdorf" (Almaniya), "Araz-Naxçıvan" (Azərbaycan), APOEL (Kipr), "JB Futsal Gentofte" (Danimarka), "Haladas VSE" (Macarıstan), "Futsal Mineva" (İsveçrə), KMF FON (Serbiya), "Kampuksen Dinamo" (Finlandiya), "Liqeni" (Kosovo), MFC CIU (Gürcüstan), "Differdanj" (Lüksembruq), "Proekt" (Şimali Makedoniya), "Dukas" (Yunanıstan), "Dinamo Plus" (Moldova), "SMS Vimsi" (Estoniya), "Hammarbü" (İsveç), "London Helvesia" (İngiltərə), "Raba" (Latviya), "Varna Siti" (Bolqarıstan), "KF Tirana" (Albaniya), "Diamant Lints" (Avstriya), "Blü Magik FC Dublin" (İrlandiya), "Dolfins Aşdod" (İsrail), "Utleira İdrettslaq" (Norveç), "Tavşançalı" (Türkiyə), "Cefn Druids" (Uels), "Europa" (Cəbəllütarıq), "Titoqrad" (Monteneqro), "Sparta Belfast" (Şimali İrlandiya), "Fiorentino" (San Marino), "Enkamp" (Andorra).


Facebook-da paylaş

Xəbəri paylaş