Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avro-2024: İtaliya millisini məğlub edən İspaniya 1/8 finala yüksəlib



Almaniyada təşkil olunan Avropa çempionatında daha bir oyun keçirilib.

BrendSport.az
xəbər verir ki, B qrupunda turnirin favoritlərindən hesab olunan İspaniya və İtaliya yığmaları üz-üzə gəliblər. Matçın taleyini 1 qol həll edib. İtaliya millisinin heyətində Rikkardo Kalafiorinin 55-ci dəqiqədə öz qapısına vurduğu top ispanlara qələbə qazandırıb.

Bu nəticə ilə xallarını 6-ya çatdıran İspaniya millisi 1/8 finala vəsiqə qazanıb. 3 xalı olan İtaliya seçməsi isə ikincidir.

Qeyd edək ki, bu qrupun əvvəlki oyununda Xorvatiya və Albaniya yığmaları məhsuldar heç-heçə ediblər - 2:2. Hərəyə 1 xalı olan komandalar 3-4-cü yerləri bölüşdürür.


Facebook-da paylaş

Xəbəri paylaş