"Mançester Siti" qapıçısı ilə müqavilənin müddətini uzadıb
İngiltərənin "Mançester Siti" klubu qapıçısı Ştefan Orteqa ilə müqavilənin müddətini uzadıb.
BrendSport.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiperin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, oyunçu 2022-ci ildə komandaya keçib. O, ötən mövsüm bütün turnirlərdə 20 matçda meydanda olub.
Facebook-da paylaş