Əsas Səhifə > Dünya idmanı > "Mançester Siti" qapıçısı ilə müqavilənin müddətini uzadıb
"Mançester Siti" qapıçısı ilə müqavilənin müddətini uzadıb8-06-2024, 14:44 |
İngiltərənin "Mançester Siti" klubu qapıçısı Ştefan Orteqa ilə müqavilənin müddətini uzadıb. BrendSport.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb. 31 yaşlı qolkiperin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Qeyd edək ki, oyunçu 2022-ci ildə komandaya keçib. O, ötən mövsüm bütün turnirlərdə 20 matçda meydanda olub. Geri qayıt |