Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Mançester Siti" aparıcı futbolçusu ilə müqaviləni uzadıb



İngiltərənin "Mançester Siti" komandası futbolçusu Natan Ake ilə müqavilənin müddətini uzadıb.

BrendSport.az
xəbər verir ki, Niderland millisinin müdafiəçisi ilə 4 illik yeni sözləşmə imzalanıb.

Sosial şəbəkə hesabından təəssüratlarını bölüşən 28 yaşlı oyunçu bunları yazıb: "Bu böyük klubla müqaviləmi uzatmaqdan çox məmnunam. Burada inanılmaz 3 il keçirdim. Növbəti 4 ilin bizə nə gətirəcəyini görmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, Natan Ake "Mançester Siti"yə 2020-ci ilin yayında İngiltərənin "Bornmut" klubundan keçib.


Facebook-da paylaş

Xəbəri paylaş