Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib
UEFA Çempionlar Liqasında yarımfinala yüksələn ilk iki komandanın adına aydınlıq gəlib.
BrendSport.az xəbər verir ki, səfərdə 3:2 hesabı ilə PSJ-ni üstələyən "Barselona" bu dəfə rəqibini doğma meydanda qəbul edib. Fransa təmsilçisi cavab görüşündə 4:1 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.
Digər oyunda "Borussiya Dortmund" və "Atletiko Madrid" komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 2:1 hesabı ilə qalib gələn İspaniya təmsilçisi üstünlüyü qoruya bilməyib. Cavab görüşündə 4:2 hesabı ilə paytaxt klubunu məğlub edən almanlar yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları aprelin 17-də keçiriləcək.
Facebook-da paylaş