Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: “Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəlib

Çempionlar Liqası: “Real Madrid” “Liverpul”a, “Napoli” “Ayntraxt”a qalib gəlib

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib. Hər iki görüşdə qonaqlar qələbə qazanıblar.

BrendSport.az
xəbər verir ki, gecənin mühüm qarşılaşması İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i arasında baş tutub. "Kral klubu" çətin səfərdə rəqibini 5:2 hesabı ilə məğlub edib.

Digər matçda isə ÇL-in iddialı komandalarından İtaliya “Napoli”si Almaniyada “Ayntraxt”ın qapısından 2 cavabsız top keçirib. 36-cı dəqiqədə Neapol təmsilçisindən Xviça Kvaratsxeliya penaltini dəqiq yerinə yetirə bilməyib. 58-ci dəqiqədə isə meydan sahiblərindən Rendal Kolo-Muani qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Xatırladaq ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə “Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransa PSJ-yə, Dortmund “Borussiya”sı Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş