Çempionlar Liqası: “Borussiya Dortmund” “Atletiko Madrid”ə, “Barselona” PSJ-yə qarşı
Aprelin 10-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
BrendSport.az xəbər verir ki, “Atletiko Madrid” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edəcək.
Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Eyni saatda İspaniyanın digər təmsilçisi “Barselona” Fransanın PSJ kollektivinin qonağı olacaq.
Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.
Qeyd edək ki, mərhələnin ötən gün keçirilən ilk iki oyunu bol qollu sülhlə yekunlaşıb. “Real Madrid" (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.
Facebook-da paylaş