Çempionlar Liqası: “İnter” “Atletiko”ya qalib gəlib, PSV “Borussiya” ilə heç-heçə edib
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, İtaliyanın “İnter” komandası öz meydanında İspaniya “Atletiko”sunu qəbul edib.
Qarşılaşma İtaliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə Niderlandın PSV komandası doğma meydanda Almaniya təmsilçisi “Borussiya” (Dortmund) ilə üz-üzə gəlib. Oyun heç-heçə başa çatıb - 1:1.
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları fevralın 22-də başa çatacaq.
Facebook-da paylaş