Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası: “İnter” “Atletiko”ya qalib gəlib, PSV “Borussiya” ilə heç-heçə edib

Çempionlar Liqası: “İnter” “Atletiko”ya qalib gəlib, PSV “Borussiya” ilə heç-heçə edib


21-02-2024, 08:00


UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

BrendSport.az
xəbər verir ki, İtaliyanın “İnter” komandası öz meydanında İspaniya “Atletiko”sunu qəbul edib.

Qarşılaşma İtaliya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda isə Niderlandın PSV komandası doğma meydanda Almaniya təmsilçisi “Borussiya” (Dortmund) ilə üz-üzə gəlib. Oyun heç-heçə başa çatıb - 1:1.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları fevralın 22-də başa çatacaq.
Geri qayıt