Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinin püşkü atılacaq



Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

BrendSport.az
xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birilərinə rəqib olmayacaqlar.

Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər hesab edilir.

Səpələnmişlər: "Arsenal", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko", "Barselona", "Real", "Real Sosyedad" (hamısı İspaniya), "Bavariya", Dortmund "Borussiya"sı (hər ikisi Almaniya).

Səpələnməmişlər: "Kopenhagen" (Danimarka), "İnter", "Latsio", "Napoli" (hər üçü İtaliya), “Leyptsiq” (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), PSV (Niderland).

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş