Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb
UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin püşkü atılıb.
BrendSport.az Fransanın Monako şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb.
A qrupu: “Bavariya” (Almaniya), “Mançester Yunayted” (İngiltərə), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə).
B qrupu: “Sevilya” (İspaniya), “Arsenal” (İngiltərə), PSV (Niderland), “Lans” (Fransa).
C qrupu: “Napoli” (İtaliya), “Real” (İspaniya), “Braqa” (Portuqaliya), “Union” (Almaniya).
D qrupu: “Benfika” (Portuqaliya), “İnter” (İtaliya), “Zaltsburq” (Avstriya), “Real Sosyedad” (İspaniya).
E qrupu: “Feyenoord” (Niderland), “Atletiko” (İspaniya), “Latsio” (İtaliya), “Seltik” (Şotlandiya).
F qrupu: PSJ (Fransa), “Borussiya” (Dortmund, Almaniya), “Milan” (İtaliya), “Nyukasl” (İngiltərə).
G qrupu: “Mançester Siti” (İngiltərə), “Leyptsiq” (Almaniya), “Srvena Zvezda” (Serbiya), “Yanq Boyz” (İsveçrə).
H qrupu: “Barselona” (İspaniya), “Portu” (Portuqaliya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Antverpen” (Belçika).
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 19-da start veriləcək.
Facebook-da paylaş