Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AL: 1/16 final mərhələsinin püşkü atılır

AL: 1/16 final mərhələsinin püşkü atılır

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.

BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir saat 16:00-də başlayacaq.

Avropa Liqasının qrup mərhələsində birinci və ikinci yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrupunda üçüncü yeri tutanlar, bu mərhələdə rəqiblərini tanıyacaq. 32 komandadan ibarət püşkatmada 16 cütlük müyyənləşəcək.

1/16 final mərhələsinin ilk oyunları fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də keçiriləcək.

Səpələnmişlər: “Arsenal” (İngiltərə), “Benfika” (Portuqaliya), “Betis” (İspaniya), “Çelsi” (İngiltərə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Dinamo” (Kiyev, Ukrayna), “Ayntraxt” (Frankfurt, Almaniya), “Genk” (Belçika), “İnter” (İtaliya), “Bayer” (Leverkuzen, Almaniya), “Napoli” (İtaliya), “Zalsburq” (Avstriya), “Sevilya” (İspaniya), “Valensiya” (İspaniya), “Vilyarreal” (İspaniya), “Zenit” (Rusiya);

Səpələnməmişlər: BATE (Belarus), “Seltik” (Şotlandiya), “Brügge” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Qalatasaray” (Türkiyə), “Krasnodar” (Rusiya), “Latsio” (İtaliya), “Malmö” (İsveç), “Olimpiakos” (Yunanıstan), “Rapid” (Avstriya), “Renn” (Fransa),“Slaviya” (Praqa, Çexiya), “Sportinq” (Portuqaliya), “Şaktyor” (Donetsk, Ukrayna), “Viktoriya” (Çexiya), “Sürix” (İsveçrə).


Facebook-da paylaş

Xəbəri paylaş