Əsas Səhifə > Dünya idmanı > AL: 1/16 final mərhələsinin püşkü atılır
AL: 1/16 final mərhələsinin püşkü atılır17-12-2018, 11:48 |
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq. BrendSport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir saat 16:00-də başlayacaq. Avropa Liqasının qrup mərhələsində birinci və ikinci yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrupunda üçüncü yeri tutanlar, bu mərhələdə rəqiblərini tanıyacaq. 32 komandadan ibarət püşkatmada 16 cütlük müyyənləşəcək. 1/16 final mərhələsinin ilk oyunları fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də keçiriləcək. Səpələnmişlər: “Arsenal” (İngiltərə), “Benfika” (Portuqaliya), “Betis” (İspaniya), “Çelsi” (İngiltərə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Dinamo” (Kiyev, Ukrayna), “Ayntraxt” (Frankfurt, Almaniya), “Genk” (Belçika), “İnter” (İtaliya), “Bayer” (Leverkuzen, Almaniya), “Napoli” (İtaliya), “Zalsburq” (Avstriya), “Sevilya” (İspaniya), “Valensiya” (İspaniya), “Vilyarreal” (İspaniya), “Zenit” (Rusiya); Səpələnməmişlər: BATE (Belarus), “Seltik” (Şotlandiya), “Brügge” (Belçika), “Fənərbaxça” (Türkiyə), “Qalatasaray” (Türkiyə), “Krasnodar” (Rusiya), “Latsio” (İtaliya), “Malmö” (İsveç), “Olimpiakos” (Yunanıstan), “Rapid” (Avstriya), “Renn” (Fransa),“Slaviya” (Praqa, Çexiya), “Sportinq” (Portuqaliya), “Şaktyor” (Donetsk, Ukrayna), “Viktoriya” (Çexiya), “Sürix” (İsveçrə). Geri qayıt |