Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Barselona"nın futbolçusu əməliyyat olunub



İspaniya millisinin və "Barselona" klubunun futbolçusu Qavi əməliyyat olunub.

BrendSport.az
xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi çarpaz bağındakı problemə görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Qavi Gürcüstana 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda zədələnmişdi.

AS nəşri oyunçunun təxminə 8-9 aydan sonra yaşıl meydanlara qayıda biləcəyini yazıb.

Qeyd edək ki, Qavi cari mövsüm "Barselona"da 15 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş