Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ”nin sabiq futbolçusu: “İsrail çempionatının səviyyəsi Azərbaycan Premyer Liqasından yüksəkdir”



“İsrail çempionatının səviyyəsi Azərbaycan Premyer Liqasından yüksəkdir”.

BrendSport.az
xəbər verir ki, İsrailin “Hapoel” (Hayfa) klubunda çıxış edən “Qəbələ”nin sabiq futbolçusu Felipe Santos iki ölkənin çempionatını müqayisə edərkən deyib.

Braziliyalı yarımmüdafiəçi Azərbaycan birinciliyini bəyəndiyini sözlərinə əlavə edib: “Azərbaycan Premyer Liqasında yaxşı komandalar var. Amma İsraildə avrokuboklarda uğurlu çıxış edə biləcək klub sayı daha çoxdur. Həyatımın iki ilini keçirdiyim Azərbaycanı heç vaxt unutmayacağam. Həm futbol, həm də ölkə baxımından mənə doğmadır”.

26 yaşlı “sambaçı” yay fasiləsində “qırmızı-qaralar”ı tərk etməsinin səbəbini də izah edib: “Ötən mövsümü çox yaxşı keçirdik, ölkə kubokunu qazandıq, avrokuboklara vəsiqə əldə etdik. Ancaq rəhbərlikdən yeni müqavilə təklifi almadım. Həmin ərəfədə daha yaxşı variant ortaya çıxdı, mən də dəyərləndirdim”.

Santos “Qəbələ”nin cari mövsümün ilk dövrəsindəki çıxışına da münasibət bildirib: “Qəbələ”nin durumu məni məyus edir. Bunu yayda edilən dəyişikliklərlə əlaqələndirirəm. Görünür, yeni gələn oyunçular ayrılanların boşluğunu doldura bilməyiblər. Ümid edirəm ki, “Qəbələ” tezliklə toplarlanacaq və turnir cədvəlində görməyə öyrəşdiyimiz yerlərə yüksələcək”.

Qeyd edək ki, Felipe Santos 2021/2022 mövsümündə Azərbaycanda “Şamaxı”nın, 2022/2023 mövsümündə isə “Qəbələ”nin formasını geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş