Bakıda dünya çempionu olan atıcı: “Mənim üçün gözəl təcrübə oldu”
“Dünya çempionatı mənim üçün gözəl təcrübə oldu”.
BrendSport.az xəbər verir ki, bunu Bakıda təşkil edilən mundialda kişilər arasında 50 metr məsafəyə tapançadan atəşaçma növündə qızıl medal qazanan çinli Yu Xie deyib.
Mükafatlandırma mərasimindən sonra təəssüratlarını bölüşən idmançı ilk dünya çempionluğunu əldə etdiyini vurğulayıb: “Çox həyəcanlı gün oldu. Bir sıra çətinliklər yaşadım. İlk dəfədir dünya çempionatında qızıl medal qazanıram. Buna görə çox sevinirəm. Amma turnirin son günləri olduğu üçün yorğunluq hiss edilir. Eyni zamanda, komanda şəklində də qızıl medal qazandıq. Yarışdan əvvəl öz aramızdakı söhbətdə bir-birimizə deyirdik ki, qətiyyətli olmalıyıq. Bunun nəticəsi kimi qalib gəldik”.
Qeyd edək ki, Yu Xie 558 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.
Facebook-da paylaş