Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yunanıstanlı atıcı səkkiz ildən sonra yenidən Bakıda qızıl medal qazanıb

Yunanıstanlı atıcı səkkiz ildən sonra yenidən Bakıda qızıl medal qazanıb


Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku yarışlarının ilk günündə kişilər və qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə final yarışları keçirilib.
BrendSport.az xəbər verir ki, yarışlar İran və Yunanıstan komandaları üçün uğurlu olub.
Kişilər arasında iranlı Sacad Purhüseyni (240.2 xal), qadınların yarışında isə yunanıstanlı Anna Korakaki (241.3 xal) qızıl medal qazanıblar.
Bugünkü oyunların gümüş medallarına Ukrayna yığması yiyələnib. Oleq Omelçuk 239.8 xalla kişilər, Olena Kosteviç 240.6 xalla qadınlar arasında gümüş medala sahib olublar.
Kişilərdən almaniyalı Robin Valter (217.6 xal), qadınlardan hindistanlı Ritim Sanqvan (219.1 xal) yarışları bürünc medalla başa vurublar.
İranlı Səcad Purhüseyni mükafatlandırma mərasimindən sonra bildirib ki, ötən il Azərbaycanda komanda növündə qızıl medal qazanıb. Bildirib ki, bu dəfə isə fərdi yarışda qızıl medala yiyələndim. Bu, karyeram ərzində fərdi atışda ilk qızıl medalımdır. Burada olduğuma görə şadam. Yaradılan şərait yüksək səviyyədədir. Bakının gözəlliyindən həzz alıram.
“2015-ci ildə Azərbaycanda keçirilən Avropa çempionatında da qızıl medal qazanmışdım. Üstündən 8 il keçəndən sonra eyni uğura yenə burada keçirilən dünya kubokunda imza atdım. Görünür, Azərbaycan mənim üçün düşərli yerdir”, - bu sözləri isə qadınlar arasında yarışın qalibi Anna Korakaki deyib. Yunanıstanlı idmançı medalın rəngindən asılı olmayaraq, dünya çempionatının finalına vəsiqə qazanmaq əzmində olduğunu vurğulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş