Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gimnastımız Zöhrə Ağamirova “AGF Trophy” turnirinin sonuncu günündə dörd qızıl medala sahib olub

Gimnastımız Zöhrə Ağamirova “AGF Trophy” turnirinin sonuncu günündə dörd qızıl medala sahib olub


Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən üçüncü “AGF Trophy” beynəlxalq turnirinin sonuncu günündə ayrı-ayrı alətlər üzrə 4 qızıl medal qazanıb.
BrendSport.az xəbər verir ki, halqa ilə final yarışlarında Z.Ağamirovanın çıxışı 33,700 xalla qiymətləndirilib və təmsilçimiz birinci olub. Digər gimnastımız Alina Gözəlova 30,350 xalla turniri ikinci, İsveçrə təmsilçisi Nora Demer üçüncü pillədə başa vurublar.
Z.Ağamirovanın top ilə final mərhələsində çıxışı hakimlərdən 32,500 xal alıb və çempionluq üçün yetərli olub. İlk üçlükdə A.Gözəlova (32,150 xal) və macarıstanlı Evelin Viktoriya Koçiş (29,900) yer alıblar.
Gürzlərlə yarışlarda Z.Ağamirova 31,700 xalla qızıl, E.Koçiş 31,050 xalla gümüş, Moldova idmançısı Veronika Sturmilova isə 30,250 xalla bürünc medal əldə ediblər.
Lentlə final mərhələsində Z.Ağamirova 31,400 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz A.Gözəlova 30,750 xalla ikinci, E.Koçiş isə 29,400 xalla üçüncü olublar.
Turnir böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyıb.


Facebook-da paylaş

Xəbəri paylaş