Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda keçirilən dünya çempionatının qalibi: “Qızıl medal mənim üçün sürpriz olmadı”



“Qızıl medal mənim üçün sürpriz olmadı. Çünki reytinqdə birinci sıradayam”.

BrendSport.az
xəbər verir ki, bunu Bakıda keçirilən dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan atəşaçmada qızıl medal qazanan Almaniya təmsilçisi Doren Vennekamp deyib.

Bu növdə 2023-cü il üzrə ən yüksək reytinqə malik olan atlet finalın çətin alındığını etiraf edib: “Finala kimi hər şey mənim üçün yaxşı oldu. Həlledici yarışda da istəyimə çata bildim. Gördüyünüz kimi, medal boynumdadır. Ukrayna təmsilçisi Olena Kosteviçlə aramızda çox yaxşı rəqabət oldu. O, finalın gedişində önə keçə bildi. Bu, təsadüfi deyildi. Olena olimpiya medalları qazanan çox güclü idmançıdır. Diqqətimi toplayıb sona yaxın bir neçə sərrast atışla onu keçə bildim”.

28 yaşlı dünya rekordçusu çempionluğa layiq olduğunu söyləyib: “Yarışdan əvvəl Olena mənə yaxınlaşıb dedi ki, məğlubedilməzsənsə, bunu göstər. Final göstərdi ki, həqiqətən də, birinci yerə layiqəm”.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.


Facebook-da paylaş

Xəbəri paylaş