Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Atletika üzrə birinci dərəcəli məşqçilərin texniki kursuna yekun vurulub

Atletika üzrə birinci dərəcəli məşqçilərin texniki kursuna yekun vurulub

Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Dünya Atletikasının dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda atletika üzrə birinci dərəcəli məşqçilərin texniki kursuna yekun vurulub.

BrendSport.az
xəbər verir ki, kursun bağlanış mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev və federasiyanın prezidenti Cavid Qurbanov iştirak ediblər.

MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov məşqçilərin bilik və bacarıqlarını artırmaq üçün BOK-un Olimpiya Həmrəyliyi Fondunun və beynəlxalq idman federasiyalarının dəstəyi ilə voleybol, velosiped, atletika, badminton və digər idman növləri üzrə keçirilən kurslar haqqında ümumi məlumat verib.
Daha sonra çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, belə seminarların keçirilməsi MOK tərəfindən ənənə halına çevrilib. 2016-cı ildən başlayan bu tipli seminarların keçirilməsi idmanın inkişafına, beynəlxalq dərəcəli məşqçilərin yetişdirilməsinə, məşqçi və hakim heyətinin nəzəri və praktiki biliklərinin genişləndirilməsinə və bu yol ilə peşəkar idmançıların düzgün və savadlı şəkildə maarifləndirilməsinə kömək edir. MOK və BOK-un Olimpiya Həmrəyliyi Fondunun birlikdə fəaliyyəti nəticəsində belə əhəmiyyət kəsb edən kursların keçirilməsi və uğurların əldə olunması həqiqətən də sevindirici haldır. Sonda Ç.Hüseynzadə məşqçilərə uğurlar arzulayıb.

AAF-ın prezidenti Cavid Qurbanov qeyd edib ki, belə kursların keçirilməsi idmanda kütləviliyin artırılmasına və regionlarda idmanın inkişafına öz töhfəsini verəcək. AAF prezidenti atletikanın inkişafı üçün və idmançılarımızın Azərbaycanı beynəlxalq arenada, Olimpiya Oyunlarında layiqincə təmsil etmələri və bayrağımızı zirvələrə qaldırmaqları üçün hər cür şərait yaradılacağını bildirib.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimdə ümumilikdə 20 iştirakçıya BOK-un prezidenti Tomas Baxın imzası olan iştirakçı sertifikatı verilib. İyirmi iştirakçıdan 2-si təlimi uğursuz başa vurduğu üçün digər 18 məşqçiyə Dünya Atletikası tərəfindən “LEVEL-1” məşqçilik dərəcəsini təsdiqləyən sertifikatlar təqdim olunub. Sertifikatları MOK-un vitse-prezidenti Ç.Hüseynzadə, AAF-ın prezidenti C.Qurbanov və MOK-un baş katibi A.Əliyev təqdim edib.

Sonda Narxanım Fərəcliyə ən yaxşı nəticə göstərdiyinə görə Dünya Atletikası tərəfində “Seiko” markalı saniyəölçən hədiyyə olunub.


Facebook-da paylaş

Xəbəri paylaş