Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda idman müəllimləri üçün nəzərdə tutulmuş beynəlxalq kursa yekun vurulub

Bakıda idman müəllimləri üçün nəzərdə tutulmuş beynəlxalq kursa yekun vurulub


Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə, Milli Olimpiya Komitəsi (MOK), Dünya Badminton Federasiyası və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə əməkdaşlığı çərçivəsində “Orta məktəblərdə badmintonun idarəetməsi” mövzusunda orta məktəbdə dərs deyən idman müəllimləri üçün nəzərdə tutulmuş beynəlxalq, interaktiv kursa yekun vurulub.
ABF-dən BrendSport.az-a bildiriblər ki, İsrail Badminton Federasiyasının prezidenti Nir Sadeh tərəfindən kursda iştirak edən 28 idman müəlliminə öz tədris kurrikulumlarını interaktiv hazırlaması və tədris ediləcək hədəf qrupu olan məktəblilərin badmintonda bilik və bacarıqlarını inkişaf etdirmək yolları göstərilib.
Nəzəri və praktik hissədən ibarət olan kursda iştirak edən idman müəllimləri peşəkar vərdişlərini inkişaf etdiriblər. Təlim iştirakçıları N.Sadeh ilə yanaşı, ABF-nin baş katibi Ramil Hacıyev, Milli Olimpiya Komitəsinin Beynəlxalq proqramlar idarəsinin məsləhətçisi Ceyhun Rəhmanov tərəfindən sertifikatla təltif olunublar.
Layihə MOK-un 30 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər silsiləsindəndir.


Facebook-da paylaş

Xəbəri paylaş