Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda Beynəlxalq Olimpiya Komitəsinin kurslarına start verilib

Bakıda Beynəlxalq Olimpiya Komitəsinin kurslarına start verilib
Aprelin 15-də Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi proqramı, Beynəlxalq Atletika Federasiyası, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının birgə layihəsi olan birinci dərəcəli məşqçilər üçün texniki kurslara start verilib.

BrendSport.az Azərbaycan Atletika Federasiyasına istinadla xəbər verir ki, kursun əsas məqsədi regionlarda atletika üzrə məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması və istedadlı gənclərin üzə çıxarılmasıdır.
Bakıdan və 8 regiondan ümumilikdə 16 məşqçinin qatıldığı seminar 12 gün davam edəcək. Seminarın gedişatında və sonda məşqçilər müxtəlif mərhələlərdə imtahanlar verəcəklər. İmtahanı uğurla keçmiş mütəxəssislər gələcəkdə region üzrə məşqçi kimi çalışacaqlar.
Seminarın açılışında Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Mehman Kərimov, layihə üzrə əlaqələndirici Ceyhun Rəhmanov, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Fırat Hüseynov və baş katib Məhərrəm Sultanzadə çıxış ediblər.
Seminar Beynəlxalq Atletika Federasiyasının sertifikasiyasından keçmiş lektor Hakim İbrahimov və onun köməkçisi Qılınc Əhmədov tərəfindən keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş