Beynəlxalq Olimpiya Komitəsinin layihəsi Qusar və Gəncədə icra olunub
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun dəstəyi, Milli Olimpiya Komitəsi (MOK), Dünya Badminton Federasiyası və Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığı çərçivəsində regionlarda milli idman sistemlərinin inkişafı layihəsi həyata keçirilir.
BrendSport.az xəbər verir ki, Dünya Badminton Federasiyasının inkişaf üzrə eksperti Françekso Alvares Qusar və Gəncə Olimpiya komplekslərinə baxış keçirib, ərazidə badminton idman növünün infrastrukturu ilə maraqlanıb və məşqçilərlə görüşüb.
Olimpiya Həmrəyliyi Fondu tərəfindən maliyyələşən layihə çərçivəsində regionlarda təşkil olunan görüşlərdə MOK-un beynəlxalq proqramlar üzrə mütəxəssisi Ceyhun Rəhmanov və Badminton Federasiyasının rəsmiləri də iştirak ediblər.
Facebook-da paylaş